Şəhərin əlverişli və prestijli ərazisində, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzil uzunmüddətli kirayə verilir.
Mənzildə qaz, su, işıq və internet daimidir. Oboylar, tavanlar, çilçıraqlar və pərdələr yenidir. Kirayəçinin istəyinə uyğun olaraq mənzilə yeni divan və yataq dəsti də əlavə oluna bilər.
Binanın həyətində avtomobil saxlamaq üçün parking yeri mövcuddur.
Yaxınlıqda İçərişəhər metrosu, 6 saylı məktəb, Prezident Administrasiyası və Dağüstü park yerləşir.
Mənzil ailəyə və ya tələbə xanımlara kirayə verilir.
Şərtlər: 1 aylıq kirayə haqqı məbləğində depozit tələb olunur. Mənzildən çıxarkən hər şey qaydasında olduğu təqdirdə depozit geri qaytarılır.
Uzunmüddətli kirayə üçün nəzərdə tutulub.